“Emmi” mərasimi yenicə başa çatıb, moda tənqidçiləri isə artıq öz qərarlarını veriblər.
OLAY yazır ki, “The Cut” nəşri mərasimdəki obrazlara dair öz reytinqini hazırlayıb və “ən pis” kateqoriyasında cəmi iki ad yer alıb — Şeylin Vudli və Derek Haf.
Vudli tədbirə 2026-cı ilin payız kolleksiyasından “Balenciaga” üçün Pierpaolo Picciolinin hazırladığı kutür dəsti ilə qatılıb. Bənövşəyi-mavi tonlarda, dərin dekolteli üst hissə kristallar və payetlərlə işlənmiş geniş qızılı şalvarla tamamlanıb.
Derek Haf isə öz növbəsində monoxrom üsluba üstünlük verib. Aktyor tünd yaşıl rəngdə, sərbəst kəsimli kostyum, eyni tonda köynək və qalstukla tədbirə qatılıb. Obrazı eyni rəng çalarında parlaq lofers ayaqqabılar tamamlayıb.
“The Cut” jurnalının redaktorları isə obrazın hər detalını bəyənməyib: geyimin üzərində oturuşunu, rəng seçimini və stilizasiyasını uğursuz hesab ediblər.


















