Nurgülün arıqlama sirri - 16 saat ac qalıram...

Nurgülün arıqlama sirri - 16 saat ac qalıram...

Türkiyəli məşhur aktrisa Nurgül Yeşilçay sosial şəbəkədəki paylaşımları ilə diqqət çəkməyə davam edir. 

Milli.Az lent.az-a istinadən bildirir ki, Yeşilçay bu dəfə 20 yaşında olan fotosunu paylaşıb.

"Gecə yemək yeməyi dayandırdım. 16 saat ac qalıram... Səhər yeməyini gec yeyirəm və yediklərimə çox diqqət edirəm. Gözaltı üçün yumurta ağından, selülitim üçün isə filtr qəhvədən istifadə edirəm".

Milli.Az