Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) birinci kurs tələbələri ilə bağlı sosial mediada paylaşılan video narazılığa səbəb olub.
OLAY yazır ki, “TikTok” sosial şəbəkəsində “leylakenan” adlı profildən canlı yayıma çıxan şəxslər ADMİU-nun birinci kurs tələbələri ilə bağlı aşağılayıcı ifadələr işlədiblər.
Onlar universitetə yeni qədəm qoyan gəncləri hədələyərək, tələbələrə fiziki xəsarətlər yetirəcəklərini bildiriblər. Hətta bundan əvvəlki illərdə xəsarət yetirdikləri olduğunu xatırladıblar.
Məsələ ilə bağlı universitetin mətbuat xidmətindən OLAY-a bildirilib ki, şəxslərdən biri ADMİU məzunudur:
“Şəxslərdən qız tələbəmiz deyil, oğlan məzundur. Universiteti bitirib. Hazırda onların universitetə girişi mümkün deyil. Çünki bizim nə tələbəmizdirlər, nə də əməkdaşımızdır. Universitetə giriş-çıxış kartladır, ona görə onların bizim universitetlə əlaqəsi yoxdur. Buna baxmayarq universitet daxilində məsələ araşdırılır, məşğuluq”.
















