Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov İsveçrədən dönüş zamanı çəkilən kadrları paylaşıb.
OLAY yazır ki, uçuşda gənc xanəndə Əhəd Ağayevin və Xalq artistləri Samir Cəfərovla Yusif Eyvazovun ifa etdiyi anlar maraqla qarşılanıb.
A. Ələkbərov “Bu uçuş mütləq yadda qalacaq”, - deyə, qeyd edib.
Qeyd edək ki, İsveçrənin nüfuzlu mədəniyyət platformalarından biri – “Septembre Musical Montreux–Vevey” festivalı çərçivəsində 13–15 sentyabr tarixlərində Azərbaycan mədəniyyəti geniş proqramla təqdim olunub.






Mənbə:
olay.az
















