Türkiyədə məşhur "Kurtlar Vadisi Pusu" teleserialının FETÖ ilə əlaqəsi olduğu iddiaları ilə bağlı araşdırma başlanıb.
Milli.Az xəbər verir ki, Silivri Respublika Prokurorluğu serialla bağlı təşkilati təbliğat aparıldığı iddialarını araşdırmaq qərarına gəlib.
Araşdırmanın serialın FETÖ ilə əlaqəsinə dair iddialar əsasında başladıldığı bildirilib.
Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)
Mənbə:
news.milli.az
















