34 yaşlı Selena Qomez bir neçə gün əvvəl “Emmi” televiziya mükafatlarının təqdimetmə mərasimində iştirak edib və görünüşü ilə bağlı sosial şəbəkələrdə tənqid dalğasına səbəb olub.
OLAY yazır ki, bir çoxları müğənninin üzünün nahamar görünüş və göz ətrafındakı dartılmış dəri səbəbindən tanınmaz hala gəldiyini, yanaq sümüklərinin isə əvvəlkindən fərqli olaraq qeyri-adi dərəcədə yüksək və qabarıq göründüyünü qeyd edib.
Ulduzun izləyiciləri onun görünüşündəki dəyişiklikləri kosmetik prosedurlarla əlaqələndiriblər. Bəziləri isə uğursuz cərrahi müdaxilə ehtimalını irəli sürüblər.



Mənbə:
olay.az
















