Xalq artisti: "Burun əməliyyatı zamanı masada ölmüşəm" - (Video)

Xalq artisti: "Burun əməliyyatı zamanı masada ölmüşəm" - (Video)
Xalq artisti: "Burun əməliyyatı zamanı masada ölmüşəm" - (Video)

Xalq artisti Faiq Ağayev "Xəzər axşamı" verilişinin efirində həyatının ən ağır anlarından danışıb.

Milli.Az xəbər verir ki, müğənni bir neçə dəfə kliniki ölüm keçirdiyini açıqlayıb.

Faiq Ağayev bildirib ki, sonuncu belə hadisə zamanı anası onun yanında olub:

"Allah heç bir insana və valideynə o təlaşı keçirtməyi qismət eləməsin. Həkimlər sonra mənə danışdılar ki, anam yanımda olarkən canımı tapşırmışdım. Heç bir təşvişə düşmədən həkimləri çağıran anam olub. Anamı palatadan çıxarmaq istəyiblər ki, narahat olmasın. Deyib ki, onu dünyaya mən gətirmişəm, bilirəm nə etmək lazımdır".

Xalq artisti 1996-cı ildə burun əməliyyatı zamanı da kliniki ölüm keçirdiyini deyib:

"Bir dəfə də 1996-cı ildə burun əməliyyatı zamanı masada ölmüşdüm. Mən üç dəfə bu həyatda kliniki ölüm keçirmişəm. Ona görə yaşamağı çox sevirəm və ölümdən qorxmuram", - deyə Faiq Ağayev qeyd edib.
 

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Mənbə: news.milli.az