Xalq artisti Röya Ayxan yeni açıqlaması ilə diqqət çəkib.
Milli.Az baku.ws-ə istinadən bildirir ki, "Elgizlə izlə" verilişinə qonaq olan ifaçı Elgiz Əkbərin "Ulduz olmaq sizi bezdirmir" sualına "Qətiyyən" cavabını verib.
İfaçı bu sualı cavablandırarkən xarici ölkələrdən birində tanınmış müğənni kimi yaşamaq istədiyini də bildirib:
"Mən elə adam deyiləm. Heç bir şeydən, etdiyim səhvlərimdən də peşman deyiləm. Düşünürəm ki, bu yaşanacaqdı. Ulduz olmağı da qətiyyən... Kaş ki, mən xaricdə yaşayardım. Bütün maqazin verilişləri hər gün məni göstərərdilər.
Mən sevgilimlə hara gedirəm, haradan gəlirəm. Çox rahat bir ölkədə yaşamaq istəyərdim. Məni də hamı tanısın. Hər şey də rahat olsun. Biri ilə yola çıxmısansa mütləq evlənəcəksən deyə birşey yoxdur. Arada deyirəm ki xaricdə yaşasaydım, ini mənim də yaxtada şəkillərimi çəkdərdilər".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun