"Kaş ki, toya çağırdığım halda gəlməyənlərin əvəzinə Manaf Ağayev kimi sənətkarı ora dəvət edərdim".
Milli.Az bakıvaxtı.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist İlkin Əhmədov "Rəngarəng səhər" verilişində deyib.
Sənətçi toya Manaf Ağayevi çağırmadığına görə peşman olduğunu bildirib:
"Əslində bu mövzularda danışmaq mənim üçün düzgün olmaz. Ətrafımda olan gözəl insanlar övladları üçün dəfələrlə xeyir işlər ediblər. Mən ilk dəfə idi ki, övlad toyu edirdim ona görə də başım şişmişdi. Çaşqınlıq içərisində qalmışdım. Çox insanlardan küsdüm. Çünki dəvət etmişdim, gəlməmişdilər. Manaf Ağayev də məni danladı ki, məni niyə çağırmamısan?"
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun