Türkiyəli tanınmış aktyor vəfat etdi - (Foto)

Türkiyəli tanınmış aktyor vəfat etdi - (Foto)
Türkiyəli tanınmış aktyor vəfat etdi - (Foto)

Türkiyənin teatr, kino və televiziya dünyasının tanınmış simalarından olan aktyor və rejissor Münir Canar 81 yaşında Ankarada vəfat edib.

Milli.Az xəbər verir ki, sənətçinin vəfatı Türkiyə Dövlət Teatrları Baş İdarəsi və Film Sənətləri Fondu tərəfindən açıqlanıb.

Dövlət Teatrları Baş İdarəsi yayımladığı başsağlığı mesajında Münir Canarı teatr, kino və televiziya sahəsində iz qoymuş sənətçi kimi xatırlayıb.

Qeyd olunub ki, Canar səhnə fəaliyyəti ilə yanaşı, film və seriallardakı rolları ilə də tamaşaçıların yaddaşında qalıb.

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)

Türkiyəli tanınmış aktyor vəfat etdi - (Foto)
Mənbə: news.milli.az