Elnur Məmmədov yeni layihəsini yayımladı

Elnur Məmmədov yeni layihəsini yayımladı
Elnur Məmmədov yeni layihəsini yayımladı

Sevilən müğənni Elnur Məmmədov dinləyicilərinə yeni layihəsini təqdim edib.

OLAY yazır ki, ifaçı "Bu bir aşksa" adlı növbəti mahnısını və ona çəkilən maraqlı klipini sevənlərinin ixtiyarına verib.

Musiqisi və sözləri Əli Əliyevə aid olan bəstənin mix-masterinq işlərini peşəkar musiqiçi Givi Usenaşvili həyata keçirib. Mahnının ekran həlli isə rejissor Emin Muradova həvalə olunub.

Süni intellekt texnologiyası ilə ərsəyə gələn klip maraqlı süjet xətti ilə qısa film təsiri bağışlayır. Ekran işində sevgi hissinin zamanla dəyişmədiyi fərqli obraz və hadisələr üzərindən təqdim olunur.

Layihənin ən diqqətçəkən məqamlarından biri isə Elnur Məmmədovun klipdə süni intellektin imkanları ilə 70 yaşlı obrazda təqdim edilməsidir.

Bu detal klipin əsas ideyasını – zamanın dəyişdirdiyi görünüşə baxmayaraq, sevgi hissinin dəyişmədiyini izləyiciyə ötürür.

“Bu bir aşksa” artıq bütün rəqəmsal musiqi platformalarında və sənətçinin rəsmi YouTube kanalında onlayndır.

Mənbə: olay.az