Məşhur aparıcı Armağan Çağlayan çəkiliş üçün getdiyi ticarət mərkəzində işçilərlə mübahisə edib.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, tanınmış aparıcı və proqram prodüseri Armağan Çağlayan veriliş üçün gəldiyi Şişlidəki ticarət mərkəzində kosmetika firmasının işçiləri ilə mübahisə edib.
Çağlayanın işçilərə dəqiqələrlə qışqırdığı o anlar telefon kameralarına əks olunub.
Görüntülərdən sonra açıqlama verən Çağlayan hadisəni izah edərək:
"Mən dəli deyiləm. Təbii ki, səbəbsiz yerə öz-özümlə mübahisə etmədim. Hadisə belə baş verdi. Verlişə görə AVM-də idim.Yemək yemək üçün eskalatorlara tərəf gedəndə arxamdan bir xanım 'Armağan Çağlayan' dedi, sonra da 'Çağlayan Armağan' dedi, 'şşş, bax Armağan' deyə qışqırdı. Əvvəlcə ona məhəl qoymadım. Sonra qışqırıqlar davam etdi. Sonra dönüb "Belə qışqırmaq ayıb deyil? Məni hansı yerə qoyursan?" qışqırdım. Bunun üzərinə xanım: "Mən başqa Armağan Çağlayana qışqırdım,tək Armağan Çağlayan sənsən? Məni axmaq yerinə qoydu. Mübahisə buna görə davam etdi: "O da alovlandı. Vəziyyət belədir. Sonra qışqırıqları eşidəndən sonra ticarət mərkəzinin mühafizəçiləri gəldi. Üzr istəyirəm. hər kəsi lazımsız yerə məşğul etdim" deyib.
Fidan
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun