Şəbnəmin qızı nişanı qaytarıb?

Şəbnəmin qızı nişanı qaytarıb?

Müğənni Şəbnəm Tovuzlu qızının nişanının qayıtması ilə bağlı yayılan iddialara cavab verib.

OLAY yazır ki, sənətçi “Həmin Zaur” verilişində danışıb. İfaçı bildirib ki, nişanlı vaxtları müəyyən problemlər yaşana bilər:

“Mənim evimin içini heç kim bilə bilməz. Yaxın zamanda özünüz görəcəksiniz. Bunu mənə kim rəva bilibsə, öz balasının başına gəlsin. Düşmənlərimiz çoxdur. Deyə-deyə dursunlar, xoş günümüzü görəndə utanarlar. Nişanlılıq ərəfəsində insan dalaşar da, barışar da, küsülü də qalar. Allah uzaq etsin, bir var, gözü pərdəli verirsən, 10-15 gündür tanıyırlar, evlənirlər. Heç bir ailə qismət etsin, sonra gedir qayıdır. Amma nişanlı vaxtı bir-birini tanımaq, bəri başdan alınmaması bu, daha yaxşıdır. Çox insan bilmir mənim qızımdır. Özü deyir ki, özünə görə hörmət qoysunlar. Tərbiyəli övlad böyütmüşəm. Allah həmişə qızlarımızın bəxtini versin. Hələ uşaqdır, 19 yaşı var, 20-ə keçib. Həyat irəlidədir”.