"Uzaq Şehir" serialında Alya obrazını canlandıran aktrisa Sinem Ünsalın ağlama səhnəsi sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Milli.Az xəbər verir ki, serialın yeni bölümündə aktrisanın emosional səhnəsi zamanı gözündən yaş gəlməməsi izləyicilərin diqqətini çəkib.
Bəzi tamaşaçılar Sinem Ünsalın canlandırdığı səhnənin kifayət qədər real görünmədiyini bildiriblər. Sözügedən kadrlar sosial şəbəkələrdə paylaşılaraq müxtəlif reaksiyalara səbəb olub.
Aktrisanın ağlama səhnəsi ilə bağlı fikirlər izləyicilər arasında müzakirə mövzusuna çevrilib.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
Mənbə:
news.milli.az

















