Diana öləndə Karl onun qardaşına nə deyib?

Diana öləndə Karl onun qardaşına nə deyib?
Diana öləndə Karl onun qardaşına nə deyib?

Şahzadə Diananın həyat yoldaşı, Böyük Britaniyanın kralı III Karl ilə münasibətlərinin daxili üzündən bəhs edən, mərhum şahzadənin qardaşının gələcək qalmaqallı memuarlarından parçalar Kütləvi İnformasiya Vasitələrinə sızıb.

OLAY yazır ki, bundan sonra Bukingem sarayı görünməmiş addım ataraq rəsmi bəyanatla çıxış edib..

Kitabda Spenser iddia edir ki, 1997-ci ildə dəfn mərasiminə hazırlıq zamanı telefon danışığı vaxtı gələcək kral guya ona Diana haqqında belə deyib: “Əmin ol, biz onu tezliklə unudacağıq!” Qraf Spenser bu sözləri monarxın mərhum həyat yoldaşına qarşı gizli nifrəti kimi qiymətləndirib.

III Karlın mətbuat xidməti bu sözləri təkzib edib. Bəyanatda deyilir: “Baxmayaraq ki, biz prinsip etibarilə kitabları şərh etmirik, Əlahəzrət başa düşür ki, qardaş kədərinin ağrısı illər keçdikdən sonra belə başqalarının anlamadığı şəkildə şüuru dumanlandıra, mühakimələrə təsir edə və xatirələri təhrif edə bilər.”

Diana öləndə Karl onun qardaşına nə deyib?
Mənbə: olay.az