Afradan saxlanılma xəbərinə açıqlama

Afradan saxlanılma xəbərinə açıqlama
Afradan saxlanılma xəbərinə açıqlama

Türk məşhurlara qarşı narkotik istintaqı çərçivəsində saxlanıldığı iddia edilən aktrisa Afra Saraçoğlu açıqlama vaçıqlama verib.

OLAY yazır ki, Saraçoğlu xaricdə olduğunu bildirib.

Saraçoğlu sosial media hesabında bunları qeyd edib: “Çox əvvəldən planlaşdırılmış bir iş səfərimlə əlaqədar olaraq hazırda Türkiyədə deyiləm. Ədalətin bərqərar olması və prosesin ən düzgün şəkildə irəliləyə bilməsi üçün ən qısa zamanda ölkəmə qayıdıb ifadəmi verəcəyəm. Ürəyim rahatdır, hər şeyin aydınlığa qovuşacağına inancım tamdır.”

Mənbə: olay.az