Dünya şöhrətli müğənni Şakira "Rolling Stone" jurnalının üz qabığı üçün seksual qara çimərlik geyimində poz verib.
Milli.Az lent.az-a istinadən xəbər verir ki, 47 yaşlı ifaçı iki oğlunun atası, uzun müddət vətəndaş nikahında olduğu keçmiş futbolçu Jerar Pikedən ayrıldıqdan sonra həyatında baş verənlərdən danışıb.
"Uzun müddətli münasibətə son qoyduğunuz zaman sanki özünüzün bir hissəsini itirirsiniz. Elə şeylər var ki, başqasına görə öz ömrünü dəyişirsən və ya imtina edirsən. Bu münasibətlər pozulduqda özünüzü tapmaq üçün sağalmağınız lazımdır", - deyib
Qeyd edək ki, Şakira ailəsini həyatının əsas amalı edərək, Pikenin xətrinə bir zamanlar karyerasını yarıda buraxıb Barselonaya köçmüşdü. Onun Pike ilə münasibətləri xəyanət səbəbi ilə yarımçıq qalmışdı.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun