Xalq artisti Flora Kərimova müğənni Afət Fərmanqızı ilə barışması barədə yayılan məlumatlara münasibət bildirib.
Milli.Az xəbər verir ki, xalq artisti Oxu.Az-a açıqlamasında yayılan məlumatları təkzib edib.
O, bildirib ki, Afət Fərmanqızı ilə barışmayıb və yayılan məlumatlar həqiqəti əks etdirmir:
"Mən Afət Fərmanqızı ilə barışmamışam, bunu efirdə də demişəm. Üç məhkəmənin üçündə də Afət mənə uduzub, atasının mülkü indiyə qədər dövlət tərəfindən hərraca çıxarılıb".
Xatırladaq ki, Xalq artisti Flora Kərimovanın müğənni Afət Fərmanqızı ilə barışması barədə məlumatlar yayılmışdı.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
Mənbə:
news.milli.az
















