Şəbnəm Tovuzlu fanatına ağız büzdü – (Video)

Şəbnəm Tovuzlu fanatına ağız büzdü – (Video)
Şəbnəm Tovuzlu fanatına ağız büzdü – (Video)

Şəbnəm Tovuzlunun fanatları ilə görüşü zamanı yaşadığı narahatlıq sosial şəbəkələrdə müzakirələrə səbəb olub:

Milli.Az xəbər verir ki, müğənni Şəbnəm Tovuzlu fanatları ilə görüşü zamanı çətin anlar yaşayıb. Sənətçi məkanlardan birində pərəstişkarlarının böyük marağı ilə qarşılaşıb.

Fanatlarının sevgi nümayişi qarşısında narahat olan Şəbnəm Tovuzlu qadın pərəstişkarlarından birinin onu öpməsinə icazə verməyib.

Həmin anlar kameralara düşüb. Görüntülər sosial şəbəkələrdə paylaşıldıqdan sonra müzakirələrə səbəb olub.

Videoda müğənninin fanatına məsafə saxlamağa çalışdığı və onun hərəkətindən narahat olduğu görünür.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Mənbə: news.milli.az