40 yaşlı müğənni Ledi Qaqanın və onun 42 yaşlı maliyyəçi sevgilisi Maykl Polanskinin ilk övladı surroqat ana vasitəsilə dünyaya gəlib.
OLAY yazır ki, cütlüyün Rouz adlı qızı iyunun 9-da surroqat anadan dünyaya gəlib. Doğuşu Kaliforniyada tanınmış həkim Robert Kats həyata keçirib. Bununla yanaşı, müğənni və sevgilisinin nə üçün surroqat analıq xidmətindən istifadə etdiyi açıqlanmır. Daha əvvəl müğənninin yaxın çevrəsindən olan insayderlər mediaya bildiriblər ki, Qaqa səhhətindəki problemlər səbəbindən uzun müddət hamilə qala bilməyib.
Xatırladaq ki, Qaqa 2020-ci ildən Polanski ilə münasibətdədir. Müğənni 2024-cü ildə sevgilisi ilə nişanlandığını açıqlayıb və onunla ailə qurmağın hazırda “bir nömrəli məqsədi” olduğunu etiraf edib.

Mənbə:
olay.az
















