Anası və sevgilisi anım mərasiminə dəvət almadı

Anası və sevgilisi anım mərasiminə dəvət almadı
Anası və sevgilisi anım mərasiminə dəvət almadı

Bu həftəsonu Malibuda aktrisa Heyden Panettierinin xatirəsinə anım mərasimi keçiriləcək.

OLAY yazır ki, onun həyatında mühüm rol oynamış iki şəxs tədbirdə iştirak etməyəcək.

Heydenin anası Lesli Fogel və sevgilisi Brayan Hikerson kilsədə keçiriləcək tədbirə dəvət olunmayıb.

Tədbiri kimin təşkil etdiyi məlum deyil. Lakin xəbərə görə, mərasimdə təxminən 150 nəfərin iştirakı gözlənilir. Qonaqlara bunun Heydenin xatirəsinə həsr olunmuş anım mərasimi olduğu bildirilib.

Məlumata görə, Heydenin atası Skipp Panettier də tədbirdə iştirak edəcək. Onunla yanaşı, yaxın dostlar və Hollivudun nüfuzlu nümayəndələrinin də mərasimdə olacağı gözlənilir.

Anası və sevgilisi anım mərasiminə dəvət almadı
Anası və sevgilisi anım mərasiminə dəvət almadı
Mənbə: olay.az