“Aşk-ı Memnu” serialında “Arsen Hala” obrazını canlandıran tanınmış aktrisa Gülsen Tuncer vəfat edib.
OLAY yazır ki, Tuncerin ölümündən sonra serialdakı rol yoldaşı Beren Saat onunla bağlı vida paylaşımı edib.
Saat paylaşımında bu sözləri yazıb: “Əziz Gülsen Tuncerin vəfat etdiyini indicə öyrəndim. Dərin kədər, hörmət və sevgi ilə onu yad edirəm. Bu qədər gənc aktyorun yer aldığı “Aşk-ı Memnu” çəkiliş meydançasında fasilələr zamanı bizə etdiyi müdrik şərhləri, şirin zarafatları və böyük sevgisi qəlbimizdə həmişə yaşayacaq.”
Mənbə:
olay.az
















