Amerikalı müğənni Maykl Ceksonun bacı və qardaşları ilə birlikdə anası Ketrin Ceksona hədiyyə etdiyi "Rolls-Royce" satışa çıxarılıb.
Milli.Az axşam.az-a istinadən bildirir ki, gümüşü rəngli avtomobil 1984-cü ildə alınıb. Hazırda maşın Kaliforniyada yerləşən "Monza Car" dileri tərəfindən hərraca çıxarılıb.
Şirkətin məlumatına görə, "Rolls-Royce Silver Spur" ideal vəziyyətdədir. Avtomobilin mühərriki və idarəetməsi əla vəziyyətdədir, bütün sənədləri mövcuddur. Maşının hazırkı sahibi onu 1999-cu ildə əldə edib.
Avtomobillə birlikdə Ketrin Ceksonun adına hazırlanmış fərdi dövlət nömrə nişanı da təqdim olunur. "Rolls-Royce Silver Spur"un təxmini dəyəri 49 min 35 dollar təşkil edir.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Mənbə:
news.milli.az
















