Xalq artisti Miri Yusif həyat yoldaşı Nərgiz Mirbabayeva ilə bağlı paylaşım edib.
OLAY yazır ki, sənətçi xanımının ad günü olduğunu bildirib və onu bu sözlərlə təbrik edib:
“Sən olmasaydın, həyatım necə olardı?” sualı mənim üçün ən çətin sualdır. Amma sənə cavablarım çoxdur. Həyatımdakı bütün zamanlar sənin. Sənətimdəki bütün mahnılar sənin. Ürəyimdə döyünən nəbz sənin. Qəlbimin ən dərinliklərindən gələn bütün hisslər sənin. Bütün zamanlarım sənindir. Dəyərli olan hər şeyin qarşılığı sənsən. Ad günün mübarək, Nərgizim”.