Müğənni Aleyna Tilki sosial media hesabında çəkdirdiyi video ilə konsertlərinin ləğv edilməsini qınayıb.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Tilki məşhur sənətçilərin və bu sektordaki güclü adların ona mane olduğunu bildirib:
"Mən oxumaq üçün çox darıxmışam və tamaşaçılarım bu Yeni ildə məndən konsert gözləyirlər! Bu problemi ancaq məni dinləmək istəyənlər həll edə bilər... Qalanını uca Allaha tapşırıram ".
Tilki deyib: "İş dünyasında hər şey çətin ola bilər, amma mənim ölməyimi istəmələri normaldırmı? Mənim ölməyimi istəyirlər. Çox istəyirlər ki, yoxa çıxım. Onlar mənim təzyiqlərə məruz qaldığım, psixologiyamın zədələndiyi yerlərə qayıtmağımı istəyirlər. Məni özümü ifadə edə biləcəyim səhnələrə buraxmırlar. Tədbirləri ləğv edirlər. Onlar bunu istəmirlər. Çünki bu sahədə hökmranlıq edən və təxminən 20-30 ildir birlikdə çalışdıqları adamın sözünün üstündən keçə bilmirlər. Məni ruhdan salacaq yerlərdə yazmağa çalışırlar. Mən də o yerlərə gedə bilmirəm " deyib.
Həmin görüntüləri təqdim edirik:
Fidan
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun