Konsertinə ağlayaraq başladı

Konsertinə ağlayaraq başladı
Konsertinə ağlayaraq başladı

Ed Şiranın Filadelfiyadakı konserti Maklemorla bağlı qalmaqaldan sonra tura qayıtdığı ilk çıxışı olub və müğənni şounu son iki həftədə baş verənlərlə bağlı siyasi çıxışla açıb.

OLAY yazır ki, səhnədə kövrək anlar yaşayan Şiran pərəstişkarlarına təşəkkür edib və son hadisələrin onu dərindən təsirləndirdiyini bildirib. O, Qəzzadakı vəziyyəti faciəvi və haqq qazandırılması mümkün olmayan kimi xarakterizə edib və mülki insanların, xüsusilə uşaqların itkilərindən danışıb.

Daha sonra müğənni bu mövzuda fikirlərini səsləndirdiyinə görə üzr istəyib. Şiran konsertlərinin fərqli düşüncələrə sahib insanların musiqidən zövq almaq üçün bir araya gəldiyi məkan olmasını istədiyini vurğulayıb.

Maklemorun Şiranın turundan çıxarılmasından sonra digər dəstək ifaçıları və qrup üzvləri də turu tərk edib. Maklemorun səhnədə Fələstinlə bağlı açıqlamalarından sonra yaranan bu vəziyyət azad söz və sənətçilərin siyasi mövqeyi ətrafında geniş müzakirələrə səbəb olub.

Konsertinə ağlayaraq başladı
Mənbə: olay.az