Afra Saraçoğlu hava limanında saxlanıldı

Afra Saraçoğlu hava limanında saxlanıldı
Afra Saraçoğlu hava limanında saxlanıldı

Türkiyəli məşhurlara qarşı aparılan narkotik istintaqı çərçivəsində həbsinə qərar verilən türkiyəli aktrisa Afra Saraçoğlu ölkəyə qayıdarkən hava limanında saxlanılıb.

Milli.Az xəbər verir ki, Bakırköy Respublika Baş Prokurorluğunun apardığı istintaq çərçivəsində aktrisa barəsində həbs qərarı çıxarılıb.

O, Türkiyəyə qayıdaraq ifadə vermək üçün hüquq-mühafizə orqanları ilə əməkdaşlıq edəcəyini açıqlayıb.

Məlumata görə, xaricdən Türkiyəyə qayıdan aktrisa hava limanında saxlanılıb.

Saraçoğlunun istintaq çərçivəsində ifadəsinin alınması gözlənilir.

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)

Mənbə: news.milli.az