“Ana olmaq istəyirəm” - Dakota Conson

“Ana olmaq istəyirəm” - Dakota Conson
“Ana olmaq istəyirəm” - Dakota Conson

"Vogue" jurnalının oktyabr sayının üz qabığında yer alan məşhur amerikalı aktrisa Dakota Conson həyatındakı yeni səhifə haqqında danışıb. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, təxminən 20 ildir səhnədə olan aktrisa həyata baxışını dəyişmək istədiyini etiraf edib. 

"Məndə həyata baxışı bir az dəyişdirmək və bəlkə də daha həqiqi bir həyat yaşamaq üçün güclü istək var", - o, deyib. 

Conson yaxın rəfiqələrinin ana olmasını müşahidə etməyin onun üçün asan olduğunu bildirib:

"Mən ana olmaq istəyirəm. Gözləmirdim ki, bu yaşda və həyatın bu mərhələsində burada olacağam. Amma görünür, kainatın planı belədir. Ümid edirəm ki, şansım olacaq". 

O, keçmiş nişanlısı, "Coldplay" qrupunun solisti Kris Martinlə ayrılıqdan sonrakı şəxsi həyatı barədə danışmaq istəməsə də, musiqiçilərə xüsusi sevgisinin olduğunu vurğulayıb: "Onlar məni sevirlər. Mən də onları sevirəm. Amma onlarda sevməyəcək çox şey var. Hiyləgər əclaflar!"

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Mənbə: news.milli.az