“Azad Azərbaycan” televiziyasının icraçı direktor müavini Fariz Əliyevin kanaldan gedəcəyini xəbər vermişdik.
OLAY-ın əldə etdiyi məlumata görə, o, aprelin əvvəlindən ATV-dəki işindən ayrılıb.
F. Əliyev bir neçə gündür “MTV Azərbaycan” kanalında fəaliyyətə başlayıb. Onun daşıdığı vəzifə hələ ki bəlli olmasa da, artıq kollektivə təqdim edilib.
Kanal və heyət üzrə, həmçinin, bütün proqramların nəzarəti ona həvalə olunub. Televiziyanın və verilişlərin komandası ilə görüşlər keçirən Əliyevin vəzifəsi yaxın günlərdə bəlli olacaq.
Qeyd edək ki, F.Əliyev bundan öncə ARB TV-də baş prodüser, bir çox televiziyalarda müxtəlif layihələrin rəhbəri, redaktoru vəzifəsində çalışıb. Həmçinin, o, ssenarist və kinoprodüserdir.