Gəncə terrorunda valideynlərini itirən Sevil Əliyevanın evlənib.
OLAY yazır ki, bu barədə teleaparıcı Lalə Azərtaş instaqramda paylaşım edib.
O bildirib ki, Sevil onu dağıntılar altından xilas edən sinif yoldaşı Talışla nikah bağlayıb.
Qeyd edək ki, 2020-ci il oktyabrın 11-də Gəncəyə atılan raket nəticəsində hər iki valideynini itirən Sevil və 8 yaşlı qardaşı Hüseyni ana nənəsi himayəsinə götürüb. Sevil Əliyeva 2021-ci ildə Azərbaycan Dövlət Aqrar Universitetinin İqtisadiyyat fakültəsinə qəbul olub.