İnfluenser Həmidə Hacıyeva (Hemistyle) həyat yoldaşı İsmayıl Hacıyevdən ayrılıb.
OLAY yazır ki, bu barədə o, özü məlumat yayıb. Həmidə hazırda Amerikada olan İsmayılla münasibətlərini bitirdiyini qeyd edib:
“Xoş günlərimi paylaşdığım kimi, bunu da sizinlə bölüşməyi özümə borc bilirəm...
Mənimlə bir gülən, sevincimə şərik olan, çox şeyi bölüşdüyüm izləyicilərimə bu həssas mövzunu bildirməyi vacib hesab edirəm. Uzun zamandır çoxlu suallar alıram. Sadəcə özümü hazır hiss edəcəyim anı gözləyirdim…
Biz İsmayılla 7 illik münasibətimizi dostluq çərçivəsində bitirmək qərarına gəldik.
Bölüşdüyümüz bu illər hər ikimiz üçün çox dəyərlidir və bir-birimizə çox şey öyrətmişik. Hər zaman da iki doğma insan kimi qalacağıq.
Artıq bir müddətdir bu prosesin içindəyik. İkimiz üçün də ən düzgün qərar bu idi. Vəziyyəti hiss edib hədsiz yazan, soruşanlar var, iki tərəf üçün də bu həssas dönəmdir. Bilirəm ki, izləyicilərim də mənim qədər həssasdır. Buna müxtəlif donlar geyindirənlər də olacaq, necə ki münasibətimizin yaxşı dönəmlərində də belə fikirlər var idi. Ancaq yenə də anlayışlı olacağınıza ümidim sonsuzdur.
İsmayılın çox xoşbəxt olmasını istəyirəm, çünki buna layiqdir. Əminəm ki, belə də olacaq!
Bu prosesdə yanımızda olan hər kəsə təşəkkürlər!”.