45 yaşlı Adriana Limanın son görüntüsü - (Foto)

45 yaşlı Adriana Limanın son görüntüsü - (Foto)
45 yaşlı Adriana Limanın son görüntüsü - (Foto)

Bütün dövrlərin ən nüfuzlu "Victoria's Secret" mələklərindən biri olan 45 yaşlı model Adriana Lima Madrid Moda Həftəsində görüntülənib. Brunet gözəlçə Reina Sofia Muzeyində keçirilən bağlanış partisinə qara, kürəyi açıq geyimdə qatılıb.

Milli.Az xəbər verir ki, o, saçlarını arxaya yığaraq hamar ponitail (at quyruğu) düzəldib, nəticədə əzələli qollarını nümayiş etdirib və yanaq sümüklərini daha da önə çıxarıb. Bir çox pərəstişkarları 2000-2018-ci illərdə "Victoria's Secret" mələyi olmuş braziliyalı modelin yenidən əvvəlki özünə çevrildiyini düşünürlər.

Xatırladaq ki, hələ 2023-cü ildə Limanın üzündə qısa müddət ərzində baş verən nəzərəçarpacaq dəyişikliklər şübhələr yaratmışdı, o, demək olar ki, tanınmaz halda görünmüşdü. Lima ünvanına səslənən tənqidlərə açıq şəkildə sərt reaksiya vermişdi.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

45 yaşlı Adriana Limanın son görüntüsü - (Foto)
Mənbə: news.milli.az