"Azad Azərbaycan" televiziyasının (ATV) sabiq əməkdaşı Fariz Əliyevə yeni vəzifə verilib.
Milli.Az olay-a istinadən xəbər verir ki, F.Əliyev bir neçə gündür "MTV Azərbaycan" kanalında fəaliyyətə başlayıb. O, artıq kollektivə təqdim edilib.
Kanal və heyət üzrə, həmçinin, bütün proqramların nəzarəti F.Əliyeva həvalə olunub.
Qeyd edək ki, o, aprelin əvvəlindən "Azad Azərbaycan" televiziyasının icraçı direktor müavini vəzifəsindən ayrılıb.
Xatırladaq ki, F.Əliyev bundan öncə ARB TV-də baş prodüser, bir çox televiziyalarda müxtəlif layihələrin rəhbəri, redaktoru vəzifəsində çalışıb. Həmçinin, o, ssenarist və kinoprodüserdir.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun