“Heç bir kişiyə inanmıram”

“Heç bir kişiyə inanmıram”

Xalq artisti Röya Ayxan maraqlı açıqlamalar verib.

OLAY yazır ki, estrada ulduzu “Söhbət var” verilişində qonaq olarkən işin onu xoşbəxt etdiyini deyib:

“İşim olmayanda özümü pis hiss edirəm. Misal üçün, bu aralar yaxşı deyildim, amma indi yaxşıyam. Mən işsiz qala bilmirəm, hər gün işləmək istəyirəm. İşləyib, qazanmaq istəyirəm. Hər gün nəsə almaq istəyirəm. İstədiyimi ala bilməyəndə də pis oluram. Kənanın (Prodüseri Kənan Bayramov - red.) ümidinə qalıram. Ona deyirəm ki, bank kartıma pul qoy. O da soruşur ki, pulu hara xərcləyəcəksən? Elə bil Kənan mənim atamdır. 
Deyirəm ki, restorana getmək istəyirəm. Cavab verir ki, pulun yoxdur, otur evdə yemək ye. Məni “mutlu” edən iş və sevgidir. Sevgi mənim üçün tək iki insanın arasında olan duyğu deyil. Sevgi mənim üçün ətrafımda olan insanlara hissimdir. Təkbətək sevgi mənim üçün yarısından belə azdır. Mən heç bir kişiyə inanmıram. İnanmıram ki, o mənim kimi ürəkli olsun, sevə bilsin... Heç istəmirəm də, başına dəysin! Əgər mən özüm özümün yanındayamsa, hər şeyə özüm cavabdehəmsə... Nəyimə lazımdır kimsə mənim? “Hara getdin, haradan gəldin?”, “Bunu niyə geyindin?” – bunlar hamısı yalançı şeylərdir. Bu şeyləri də artıq istəmirəm”.