“Baloğlan müəllimdən icazə almışam”

“Baloğlan müəllimdən icazə almışam”

Müğənni Ayan Babakişiyeva həmkarı Nuranın ifasından sonra “Çağır məni” mahnısından danışıb.

OLAY yazır ki, bununla bağlı o, instaqramda paylaşım edib.

“Əslində bu videonu paylaşmağımın səbəbi var. Həmkarlarım da özünəməxsus ifa edib, yeni nəfəs veriblər. Ancaq bu mahnını mən ve mənim kimi Baloğlan Eşrəfovun sevənləri onun ifasında sevdi, dinlədi. “Çağır məni” mahnısı üçün Baloğlan müəllimin özü ilə danışdım. Hələ də xatırlayıram, görüntülü danışdıq və halallığını aldım. Hətta ilk dəfə “Maşın Şou”da təqdim etdik və bir gecədə yeniden sevildi. Bu gün başqa janrlarda dinləmək mənə də çox xoşdu”, - deyə, Babakişiyeva bildirib.

Qeyd edək ki, sözügedən mahnını mərhum Əməkdar artist Baloğlan Əşrəfovdan sonra Ayan Babakişiyeva, Üzeyir Mehdizadə, son olaraq isə Nuran səsləndirib.