Bu gün saat 16:00-dan etibarən Dənizkənarı Milli Parkın Azneft meydanından Dəniz Vağzalına qədər olan hissəsinə giriş-çıxış məhdudlaşdırılır.
OLAY yazır ki, bu barədə Dənizkənarı Bulvar İdarəsi məlumat yayıb.
Bildirilib ki, bu məhdudlaşdırılma “Formula-1” Azərbaycan Qran-prisi ilə əlaqədardır.
Həmçinin qeyd edilib ki, Milli Parkın Ağ Şəhər bulvarı, Azneft meydanından Bayıl bulvarına qədər olan hissəsi, həmçinin Bayıl bulvarına giriş-çıxış sərbəstdir.
Mənbə:
olay.az
















