Məşhur müğənni İlyas Yalçıntaş "Ramsay Hunt" sindromuna tutulub.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bir müddətdir görünməyən İlyas Yalçıntaş yoluxduğu xəstəliyini açıqlayıb.
2 ay müayinədən keçən Yalçıntaşın "Ramsay Hunt" sindromu olduğu məlum olub. Xəstəliyi ilə bağlı məlumat verən məşhur müğənni tarazlıq və eşitmə problemi olduğunu bildirib.
Məşhur müğənni müalicəyə başlayacağını açıqlayıb və deyib: "Təxminən 2 ay bir sıra həkim müayinələri nəticəsində məlum oldu ki, məndə "Ramsey Hunt" sindromu var. Nəhayət ki, bu əziyyətli prosesin öhdəsindən gəldiyimə görə xoşbəxtəm və xəstəliyimin sağalacağını bilirəm. Hər kəsə sağlam günlər arzu edirəm, sevgilər"
Fidan
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun