Müğənni və aparıcı Sərxan Kərəmoğlu şou-biznes nümayəndələri ilə bağlı diqqətçəkən açıqlama verib.
Milli.Az xəbər verir ki, Sərxan Kərəmoğlu Azərbaycanda özünü ən üstün müğənni hesab etdiyini bildirib. O, Xatun və Həmidə Ömərova da daxil olmaqla, digər ifaçılardan daha yaxşı olduğunu iddia edib.
"Azərbaycanda özümdən artıq heç kimi müğənni bilmirəm. Xatundan da artığam, Həmidən də. Mən ifaçıyam. Bugünkü müğənnilərin hamısından üstünəm. Heç onlar mənə maraqlı da deyil. Nömrə 1 mənəm, məndən sonra gəlir", - deyə Kərəmoğlu bildirib.
Onun bu iddialı fikirləri müzakirələrə səbəb olub.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
Mənbə:
news.milli.az

















