Türk istehsalı “Seni Tanıyorum” serialı “Netflix”də böyük uğura imza ataraq 80-dən çox ölkədə “Top 10” siyahısına daxil olub.
OLAY yazır ki, baş rollarını Elçin Sanqu, Melis Sezen və Ozan Dolunayın paylaşdığı psixoloji triller janrındakı bu ekran işi, platformada yayımlandığı ilk həftədə “Netflix Türkiye” tarixinin ən yaxşı açılış edən serialı statusunu qazanıb.
Qlobal miqyasda böyük səs-küy doğuran layihənin əldə etdiyi əsas uğuru dünya siyahılarında 2-ci yer yüksəlməyidir. Serial yayımlandığı ilk 4 günün nəticələrinə əsasən, “Netflix”in dünya üzrə “İngilis dilində olmayan seriallar” həftəlik reytinqində 2-ci sıraya yüksəlib.


Mənbə:
olay.az
















