Aktyor Ceyson Momoa və sevgilisi Adria Arjona İtaliyada birlikdə istirahət edirlər.
OLAY yazır ki, İtaliyanın Milan şəhərində cütlük əl-ələ tutaraq bir neçə dizayner mağazasına baş çəkib və birlikdə alış-veriş edib.
Gəzintisi üçün 47 yaşlı aktyor, “Supergirl” filmində rol alan sənətçi, boz rəngli köynək və kamuflyaj naxışlı şalvar geyinib. “Hitman” filmində rol alan 34 yaşlı aktrisa isə ağ köynəyin və qara ətəyin üzərindən qara dəri gödəkçə geyinib və görünüşünü qara çəkmələrlə tamamlayıb.




Mənbə:
olay.az

















