"İnci taneleri" serialında rol alan türkiyəli aktrisa Hazar Ergüçlünün yeni layihəsi bəlli olub.
Milli.Az axşam.az-a istinadən bildirir ki, aktrisa "Anne" adlı filmdə baş rolu canlandırır.
Ekran işinin çəkilişlərinə Karadenizdə start verilib.
Layihədə Güven Kıraç, Ulvi Kahyaoğlu, Erdeniz Kurucan, Cansu Fırıncı, İncinur Daşdemir, Cem Baza, Bertan Dirikolu, Eylül Dursun kimi aktyorlar da yer alır.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun