NURAN “Rədd ol” dedi

NURAN “Rədd ol” dedi

Gənc artist NURAN sayca 3-cü klipini təqdim edib. 

OLAY yazır ki,müğənni sözü və musiqisi Rafael Şabanova məxsus  “Rədd ol” adlı mahnısını Yutubda və digər platformalarda yayımlayıb. 

 Sənətçinin artist meneceri Vüqar Hüseynov, musiqi prodüserləri isə Clavis, Nihat Malikov və Jamal Qurbanovdur. 

Klip Röyal Səfərov (Eresmoon) direktorluğu ilə lentə alınıb. Müxtəlif obrazlarda kamera qarşısına keçən NURAN fərqli stili ilə diqqət çəkib. 

Ekran işində bir qadın personaj yer alıb. Ssenariyə əsasən o, ifaçının sarı saçlarını tamamilə kəsib. 

NURAN-ın stili üzərində Oğuz Candan çalışıb.

Qeyd edək ki, gənc artist bundan öncə “Şıkı-şıkı Baba” və “Salamat qal” adlı mahnılarını dinləyicilərinə təqdim edib.