Elvindən iddialı açıqlama

Elvindən iddialı açıqlama

Müğənni Elvin Abdullatev yeni layihə üzərində işləyir.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi yeni bəstə hazırladığını bildirib. O qeyd edib ki, artıq bir aya yaxındır ki, layihə üzərində işləyir:

"Aranjimanı özüm edirəm. 1 aydır iş gedir. Mahnıya çox əmək sərf etmişəm. İnanıram ki, bu yayın hiti olacaq".

Yeni ifasında kiçik hissə paylaşan Elvin yaxın günlərdə mahnını izləyicilərinə təqdim edəcəyini vurğulayıb. 

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun