"Mənə qarşı planlar qurmayın, xəbərlər tez çatır"

"Mənə qarşı planlar qurmayın, xəbərlər tez çatır"

"Mən zərbəni ömürböyu dost bildiklərimdən almışam. Kürəyimə "bıcağı" dost dediklərim vurub. Mənim bir sifətim var, ya dostam, ya da deyiləm. Orada-burada oturub mənə qarşı planlar qurmayın. Siz oturduğunuz yerdən xəbərlər mənə tez çatır".

Milli.Az axsam.az-a istinadən xəbər verir ki, bu sözləri aparıcı Lamiyyə Ələkbərova sosial şəbəkədə yazıb.

O, dost bilib yollarını açdığı insanlardan pisliklər gördüyünü bildirib:

"1995-ci ildən indiyə kimi çox pisliklər görmüşəm. Bunları yaxşılıq edib, çörək verib, yollarını açdığım adamlardan görmüşəm. Üzümə necə baxırsınız? Necə gülürsünüz? Necə xəbər göndərirsiniz ki, məni çox istəyirsiniz? Mənimlə necə görüşüb-öpüşürsünüz ki, kənarda torba tikirsiniz? Ayıb! Məndən yox, Allahdan qorxun. Hələki bu qədər. Bir az da irəli getsəniz, çox pis ola bilər. Stop!".

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun