"Həmişə öpüşürdük, onun makiyajı üzümdə ləkə qoyurdu" - Məşhur aktrisa etiraf etdi - FOTO

"Həmişə öpüşürdük, onun makiyajı üzümdə ləkə qoyurdu" - Məşhur aktrisa etiraf etdi - FOTO

Məşhur Hollivud ulduzu Keyt Uinslet Leonardo Di Kaprio ilə baş rolda çəkildiyi "Titanik" filmindəki məşhur uçuş səhnəsi haqqında bəzi şeyləri etiraf edib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, aktrisa "Titanik" filmindəki o məşhur uçuş səhnəsinin tam bir kabus olduğunu deyib.

1997-ci ildə rejissor Ceyms Kemeronun 11 kateqoriyada Oskara layiq görülən "Titanik" filmi hələ də ən çox danışılan filmlər arasında yer alır.

Leonardo Di Kaprio ilə baş rolu paylaşan və Rose obrazını canlandıran 48 yaşlı britaniyalı aktrisa Keyt Uinslet üzərindən xeyli vaxt keçdikdən sonra bəzi şeyləri etiraf edib.

"Həmişə öpüşürdük, onun makiyajı üzümdə ləkə qoyurdu" deyə şikayətlənən aktrisa sözlərinə belə davam edib: "Aman tanrım, çox romantikdir, elə deyilmi? Təəccüblü deyil ki, dünyada hər bir gənc qız Leonardo Di Kaprio tərəfindən öpülmək istəyir. Amma bu göründüyü qədər də yaxşı deyil. Biz hər zaman öpüşürdük. Çox solğun makiyajım vardı və çəkilişlər arasında hər ikimizin makiyajını yoxlamalı olurdum. Onun makiyajı məndə ləkə qoyduğu üçün hər çəkilişdən sonra karamel şokolad əmmiş kimi görünürdüm. Bu bir kabus idi".

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun