“Mən zərbəni ömürböyu dost bildiklərimdən almışam. Kürəyimə bıçağı dost dediklərim vurub. Mənim bir sifətim var, ya dostam, ya da deyiləm. Orada-burada oturub mənə qarşı planlar qurmayın. Siz oturduğunuz yerdən xəbərlər mənə tez çatır”.
OLAY yazır ki, bu sözləri aparıcı Lamiyyə Ələkbərova sosial media hesabında yazıb.
“1995-ci ildən indiyə kimi çox pisliklər görmüşəm. Bunları yaxşılıq edib, çörək verib, yollarını açdığım adamlardan görmüşəm. Üzümə necə baxırsınız? Necə gülürsünüz? Necə xəbər göndərirsiniz ki, məni çox istəyirsiniz? Mənimlə necə görüşüb-öpüşürsünüz ki, kənarda torba tikirsiniz? Ayıb! Məndən yox, Allahdan qorxun. Hələ ki bu qədər. Bir az da irəli getsəniz, çox pis ola bilər. Stop!”.