Bloger və teleaparıcı Viktoriya Bonya Telegram kanalında uşaq övladlığa götürmək istədiyini açıqlayıb.
OLAY yazır ki, o, qeyd edib ki, o, uşaq evindən iki uşaq götürə bilər. Bonya pərəstişkarlarından, əgər varsa, oxşar təcrübələri bölüşmələrini xahiş edib. Bundan sonra fanatları teleaparıcını uşaq evindən körpə götürməkdən çəkindirməyə başlayıblar. Blogerin sözlərinə görə, izləyicilərin əksəriyyəti onun övladlığa götürmək həvəsini dəstəkləməyib.
Bonya son qərar verməzdən əvvəl pərəstişkarlarının sözlərini nəzərə alacağını və hər şeyi ölçüb-biçəcəyini qeyd edib.