"Geyim, tərbiyə, əxlaq yaşa baxmır. Geyimlə tərbiyə ölçülmür. Qapalı geyinib amma qadına yaraşmayan elə bir hərəkət edə bilər ki... İnsanın xasiyyəti geyimə bağlı bir şey deyil".
Milli.Az bizim.media-ya istinadən bildirir ki, bu sözləri müğənni Aynur Dadaşova qonaq olduğu "Rəngarəng səhər" verilişində deyib.
Sənətçi onun edirə geyindiyi qısa libasını tənqid edənlərə efirdən kinayə ilə ismarış yollayıb:
"Mən 60 yaşımda belə geyinsəm, deyərəm ki, ayıbdır. Amma indi mənim nə yaşım. Mən 11 yaşımdan efirdəyəm. 20 yaşlı oğlum və 12 yaşında qızım var. Həmkarlarım hər zaman söyləyirlər ki, biz özümüzə görə yaşamırıq. Biz kiməsə görə yaşayırıq. Mənim bu geyimimə xoşaqəlməz rəylər yazsalar yalnız məni qısqanan xanımlar yaza bilər. Mən darıxa bilərəm, amma depressiyaya düşən xanım deyiləm".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun