"Toyuma dəvət etdiyim, lakin gəlməyən həmkarlarım oldu. Amma o da ki, "tək-tük" insanlar idi. Gəlməyənlər də öz nəmərlərini göndərdilər".
Milli.Az bizim.media-ya istinadən bildirir ki, bu sözləri müğənni Talıb Tale qonaq olduğu "Rəngarəng səhər" verilişində deyib.
Mayın 25-də ailə quran sənətçi toyuna ən çox yazılan məbləği açıqlayıb:
"Toyum həftənin altıncı günü oldu. Mənim özüm də çox zaman olub ki, vaxt azlığına görə dəvət aldığım məclislərə gedə bilməmişəm və nəmər göndərmişəm. Mən bu kimi məqamları anlayışla qarşılayıram. Qətiyyən inciklik olmur. Mən özüm istəmədim ki, toyumda çox insan iştirak etsin. Dost-tanış, qohum-əqraba çoxdur. Hələ elə qohumlar da oldu ki, onları məclisdə yerləşdirə bilmədim. İstəmədim bu gün "salam ələyküm" elədiyimi sabahısı gün toyuma çağırım. Toyuma ən çox nəmər salan isə qohumlarımdan olan bir şəxs idi. O, 2 mindən çox nəmər salmışdı".
Qeyd edək ki, Talıb özündən 15 yaş kiçik olan Bahar adlı xanımla ailə qurub.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun