Rusiyada populyarlaşan azərbaycanlı müğənni Bakıda layihə hazırlayıb.
OLAY yazır ki, bununla bağlı o, instaqramda görüntülər paylaşıb və bunları qeyd edib:
“Bakı küçələrində azacıq itmişəm... Bir müddət əvvəl Parisi - sevgi və romantika şəhərini ziyarət etdim. Düşünürəm ki, Bakıdakı insanlar heç də onlardan az romantik deyillər. Sadəcə bizim xoşbəxtliyimiz sal sevir. Sizin üçün çox gözəl bir şey hazırladıq və tezliklə təqdim edəcəyəm. Mahnının adı ilə bağlı təkliflərinizi şərhlərdə gözləyirəm, təsvirdə ipucu axtarın”.